Yuxu zamanı
[mənbə göstərin]
Yuxu zamanı – fərqli aləmdə varlığını davam edən, vaxtı ilə mədəni qəhrəman və metafizik varlıqlara ev olmuş fərqli Avstraliya mifologiyalarına xas olan özünəməxsus mifoloji eranın, yaradılış dövrünün təyinatı üçün istifadə edilən termin.
1938-ci ildə antropoloq A.P.Elkin tərəfindən təklif edilib və Uilyam Edvard Henli Stenner tərəfindən məşhurlaşdırılıb.
Ehtimal edilirdi ki, əslində “daimi”, “varlıqsız” mənalarını daşıyan aranta dilindəki “alçerinqa” sözünün (alcheringa) yanlış tərcüməsidir. Bəzi ərazilərdə “yuxu zamanı” “Bayame zamanı” (Bayame – ali yaradan-ilah) adlanır.
“Yuxu” zamanı mifik qəhrəmanlar öz həyat dövrünü başa vuraraq, insanları, heyvanları və bitkiləri canlandırıb, yerli landşaftı müəyyən və adətləri bərqərar edib. Bu məcrada, ənənəvi olaraq, ingilis dilinə “yuxu” kimi tərcümə edilən söz (aranta – alçera, diyeri – mura-mura, pityantyatyara - tjukurpa) həmçinin bütün ruh varlıqların təyin edilməsi üçün istifadə edilir.
“Yuxu zamanı” haqda təsəvvür, demək olar ki, Avstraliyanın bütün aborigen xalqlarında mövcuddur.
1980-ci illərdən başlayaraq “yuxu zamanı” obrazı kütlə mədəniyyəti və müasir (ing. “new age”) populyar mifologiya baxımından yenidən gündəmə gətirilir. Qeyd edilirdi ki, tez-tez bu axınlarda bu anlayışın mənası təhrif olunurdu.